Kateqoriyasız

“Neftçi” üçün şad xəbər

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda bu gün “Neftçi” ilə qarşılaşacaq “Mladost” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Podqoriça təmsilçisinin futbolçusu Duşan Laqator bugünkü görüşdə meydana çıxamayacaq. Yarımmüdagiəçi Bakıdakı oyuna zədələnib. 

Zədəsinin ciddi olduğu bildirilən Laqator cavab görüşündə komandasına kömək etməyəcək.

Qeyd edək ki, bu gün keçiriləcək “Mladost” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə 2:2 bərabərlik qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43