Kateqoriyasız

Fariz Nəcəfov: “Stadiona təxribat xarakterli bannerlərin buraxılmasına imkan verməyəcəyik”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. 

İdmanxeber.com-un məlumatına görə, açıqlamasında o, bunları söyləyib:

“Qələbədən başqa heç nə barədə düşünmək isəmirəm. Futbolda hər şey ola bilər. Amma komandamız bu gün bizə qələbə bəxş etməlidir. “Qəbələ”nin bu gün qələbə qazanacağına inanıram. Başqa yolumuz sadəcə, yoxdur. Tiflisdə baş verən olaylara cavab verməyə gəlincə, rəsmi olaraq heç nəyə hazırlaşmırıq. Amma böyük ehtimalla azarkeşlərimiz öz mövqelərini bildirəcəklər. Sizi əmin edirəm ki, hər şey sivil formada olacaq. Artıq təhlükəsizlik orqanları ilə əlaqə saxlamışıq. Təxribat xarakterli bannerlər arenaya buraxılmayacaq. Biz futbolu siyasətə qarışdırmağa imkan verməyəcəyik”. (azerisport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43