Dünyadan

“Fənərbaxça” “transfer bombası”nı partlatdı

Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini reallaşdırmağa yaxındı.

İdmanxeber.com "NTV Spor"a istinadən xəbər verir ki, "sarı-lacivərdlilər" "transfer bombası"nı partlatmaq üzrədi. Belə ki, Türrkiyə nəhəngi "Mançester Yunayted"in forvardı Robin van Persini heyətinə qatır. Hollandiya millisinin də şərəfini qoruyan ulduz futbolçu "Fənərbaxça" üçün İngiltərədə tibbi müayinədən də keçib.

Yaxın günlərdə hücumçuyla 4 illik müqavilə imzalanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43