Kateqoriyasız

“Qəbələ”də daha bir ayrılıq

Daha bir futbolçu “Qəbələ”dən ayrılıb.

İdmanxeber.com Aut.az-a istinadən xəbər verir ki, Ruslan Əmircanov bölgə klubu ilə vidalaşıb.

Buna səbəb Roman Qriqorçukun onunla yola davam etmək istəməməsi olub. Komandanı tərk edən Ruslan artıq azad agentdi və istədiyi kluba keçə bilər. Əmircanovun yeni iş yeri yaхın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, ötən mövsümün əvvəlində “İnter”dən “Qəbələ”yə transfer olunan 30 yaşlı müdafiəçi oktyabr ayında ağır zədə almış və uzun müddət müalicə olunmuşdu. Bu səbəbdən də ötən mövsüs cəmi 8 Premyer Liqa oyununa çıхaraq 720 dəqiqə oynaya bilib.

Əmircanov “İnter” və “Qəbələ”dən başqa, “Ümid” (Bakı), “Ədliyyə”, “Karvan”, “Standard” və “Neftçi”də çıхış edib, A millidə 4 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43