Milli komanda

FIFA yeni reytinq cədvəlini açıqladı: Millimiz irəlilədi

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yığma komandamız irəliləyişə nail olub. Xal ehtiyatını 302-ə çatdıran millimiz 7 pillə irəliləməyə müvəffəq olub. Millimiz Litva, Syerra-Leone, Bəhreyn, Namibiya, Botsvana, Sent-Vinsent və Qrenadin, Filippin, Madaqaskar, Keniya yığmalarını arxada qoyub.

104 (107). Kuba – 313

105 (100). Makedoniya – 311

105 (93). Qvatemala – 311

107 (104). Antiqua və Barbuda – 303

108 (115). AZƏRBAYCAN – 302

108 (95). Malavi – 302

110 (96). Litva – 301

111 (83). Syerra-Leone – 300

112 (119). Zimbabve – 290

113 (106). Bəhreyn – 282


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43