İdman

“Neftçi” və “Qarabağ” cəzalandırıldı

Azərbaycan Premyer Liqasının IV turunun “Neftçi” – “Qəbələ” matçının 5-ci və 48-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).

Azərbaycan Premyer Liqasının IV turunun “Kəpəz” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40). Oyunun 57-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).

Azərbaycan Premyer Liqasının IV turunun “Qarabağ” – AZAL matçında ev sahibi “Qarabağ” klubu oyunu top daşıyan uşaqlarla təmin etmədiyinə görə 400 manat cərimə olunur (maddə 67).

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Neftçi” – “Qəbələ” matçının 79-cu dəqiqəsində “Neftçi” klubunun 44 №-li futbolçusu Sənan Əlizadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 80 manat cərimə olunur (maddə 48).

Oyunun 57-ci dəqiqəsində “Neftçi” klubunun məşqçisi Vitali Kovalyov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır klub 400 manat cərimə olunur(maddə 62).

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Kəpəz” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

I Divizionun I turunun “Rəvan” – “Turan Tovuz”  matçında ev sahibi “Rəvan” klubu oyunu top daşıyan uşaqlarla təmin etmədiyinə görə 80 manat cərimə olunur (maddə 67).

I Divizionun I turunun “Zaqatala” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).(pfl.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43