İdman

“Neftçi” Vəli Qasımovla bağlı məlumat yaydı

“Neftçi”nin baş məşqçisi Vəli Qasımovun durumuna aydınlıq gəlib. 

İdmanxeber.com-un klubun saytına istinadən məlumatına görə, 47 yaşlı mütəxəssisin vəziyyəti stabildi.

 

Belə ki, gecə saatlarında xəstəxanaya yerləşdirilən baş məşqçi artıq evə buraxılıb. “Neftçi”nin yaydığı məlumatda bildirilir ki, Qasımov stasionar şəraitdə müalicəsini davam etdirir: “Neftçi”nin baş məşqçisi Vəli Qasımov cümə günündən şənbə gününə keçən gecə hipertonik kriz ilə xəstəxanaya yerləşdirilib. Hazırda məşqçinin vəziyyəti stabildi və həkim nəzarəti altında stasionar şəraitdə müalicəsini davam etdirir. “Neftçi” Vəli Qasımova tezliklə sağalaraq, iş fəaliyyətini davam etdirməyi arzulayır”.

 

Qeyd edək ki, Qasımov səhhəti ilə bağlı bu gün “Neftçi”ni “Qəbələ” ilə oyuna çıxara bilməyəcək. Onu köməkçisi Tofiq Mustafayev əvəzləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43