Kateqoriyasız

“Neftçi”də növbəti biabırçılıq: Onu qovmaqla DYP işçisinə klubda vəzifə verdilər (ÖZƏL)

“Neftçi”nin 16 yaşılardan ibarət komandasının inzibatçısı Abbas Sultanov klubdan uzaqlaşdırılıb.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Sultanovun uzaqlaşdırılmasına səbəb isə rəhbər şəxslərin birinin qohumunu bu vəzifəyə gətirməsi olub. Boş qalan posta sabiq polis işçisi gətirilib. Maraqlıdır, futbolla yaxından-uzaqdan əlaqəsi olmayan kəsin bu vəzifəyə gətirilməsi bu qədərmi vacib idi? 

DYP (Dövlət Yol Polis) işçisinin klubun inzibatçısı təyin olunması isə hələ ki, mətbuatdan gizlədilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43