Kateqoriyasız

Məşhur sayt Tofiq Bəhramovdan yazdı (FOTO)

İtaliyanın məşhur “Goal” idman saytında dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovla bağlı reportaj yerləşdirilib.

İdmanxeber.com-un “Azərtac”a istinadən yaydığı xəbərə görə, reportajda T.Bəhramovun həyatından, karyerasından, Azərbaycanın futbol tarixində önəmli yer tutmasından bəhs olunur. Bildirilir ki, 1966-cı ildə Londonda keçirilmiş futbol üzrə dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar ilə o, futbol tarixində qəhrəman kimi yaddaşlara həkk olunub.

Diqqətə çatdırılır ki, Azərbaycan idmanının fenomeni hesab olunan T.Bəhramov dünya futbolunun ən məşhur hakimlərindən biri kimi tarixə düşüb. Onun Azərbaycan futbolunun formalaşmasında böyük töhfəsi olub. Azərbaycanda T.Bəhramovun adı ilə bağlı bir sıra turnirlər keçirilir və məşhur hakimin xatirəsi daim əziz tutulur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43