Dünya futbolu

“Neftçi”dən iki transfer

“Neftçi” iki futbolçu ilə transferi rəsmiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, bu haqda klubun saytı yayıb. Müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli ilə müqavilə imzalanıb.

26 yaşlı Mirzəbəyov 2015-ci ildən etibarən Azərbaycan milli komandasının heyətində 15 oyun keçirib. 2011-2013-cü illərdə “Neftçi”də çıxış etmiş 23 yaşlı Əzizli isə 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.

Xatırladaq ki, M.Mirzəbəyov son mövsümü “Qəbələ”, Rəşad Əzizli isə “Səbail”də keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43