Ölkə futbolu

“Neftçi”ni sevincə qərq edən xəbər

Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Sloveniyada "Koper"lə qarşılaşacaq "Neftçi" matç öncəsi sevindirici xəbər alıb.

İdmanxeber.com-un məlumatına görə, zədəli olan Bruno Bertuççi təkrar müayinədən keçib. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza bildirib ki, braziliyalı futbolçu "Koper"lə cavab matçında meydana çıxa bilər.

Qeyd edək ki, komandalar arasında Bakıda baş tutmuş oyunda sloveniyalılar qələbə qazanmışdı – 1:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43