Kateqoriyasız

“Neftçi”nin Avroliqadakı bütün mümkün rəqibləri bəlli oldu – SİYAHI

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Neftçi”nin bütün mümükün rəqibləri bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. “Ağ qaralar” səpələnmişlər səbətində qərarlaşıb. Bu isə “Neftçi”yə nisbətən zəif rəqiblə qarşılaşmaq imkanı verəcək.
“Neftçi”nin potensial rəqibləri: “Şaxtyor” (Belarus), “Qyor” (Macarıstan), “Sent Conson” (Şotlandiya), “Zavişa” (Polşa), “Neman” (Belarus), “Koşitse” (Slovakiya), “Trensin” (Slovakiya), “Qorika” (Sloveniya), RoPS (Finlandiya) və I təsnifat mərhələsinin qalibləri – “Spartak” (Trnava, Slovakiya), “Differdanj” (Lüksemburq), RNK (Split, Xorvatiya), “Linfild” (Şimali İrlandiya), “Pünik” (Ermənistan), “Aberden” (Şotlandiya), “Şiroki Briyeq” (Bosniya və Hersoqovina), “Botev” (Bolqarıstan), “Honka” (Finlandiya), “Sliqo Rovers” (İrlandiya), “Birkirkara” (Malta), “Buduçnost” (Monteneqro), “Vaduz” (Lixtenşteyn), “Yaqodina” (Serbiya), “Koper” (Sloveniya), “Banqor Siti” (Uels), “Brommapoykarna” (İsveç), “Zimbru” (Moldova), MYPA (Finlandiya), “Haugesund” (Norveç), “Nomme Kalyu” (Estoniya),  “Ferencvaros” (Macarıstan), “Dauqava” (Latviya), “Jenuesse Eş” (Lüksemburq), “Rudar” (Sloveniya), “Kukesi” (Albaniya), “Metallurq” (Makedoniya), “Çikura” (Gürcüstan), “Flamurtari” (Albaniya), “Tiraspol” (Moldova).

Qeyd edək ki, Avropa Liqasında I və II təsnifat mərhələsinin püşkü iyunun 23-də atılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43