Kateqoriyasız

“Neftçi”nin baş məşqçisi “Qarabağ”la oyun haqda nə dedi?

“Bütün oyunçularla birlikdə məşq edə bilmədik. Millidən qayıdan bəzi futbolçular bu gün məşqə qoşulub. Bu gün tam heyətlə məşq etməli idi. Amma sabah bunu gerçəkləşdirəcəyik”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl klubun rəsmi televiziyasına açıqlamasında deyib.

47 yaşlı mütəxəssis oyun barədə inamlı olduğunu bildirib: “Qarabağ”a qarşı oynayırıq. Hamı bu görüşə hazırdır. Motivasiya oyunun daxilindədir. Çox vacib qarşılaşma olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43