“Neftçi” mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi Antalyada gündə 2 məşq keçir.
Komandanın bugünkü səhər məşqində futbolçuların yüksək-əhval ruhiyyədə olmaları diqqət çəkib. Hətta oyunçuların bir neçə dəqiqə reqbi oynamaları məşqə xüsusi rəng qatıb.