Kateqoriyasız

“Neftçi”nin futbolçusu penalti epizodu haqda: “Dəqiq görmədik”

“Gənc heyət olmağımıza baxmayaraq, çox gözəl mübarizə apardıq. Son dəqiqələrdə yorğunluq və təcrübəmiz çatmadı”

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Elşən Abdullayev “CBC Sport”a açıqlamasında deyib.

Premyer Liqanın 6-cı turun mərkəzi matçında “Qarabağ” doğma meydanda “Neftçi” ilə 1:1 hesabı ilə heç-heçə qaldığı oyundan sonra danışan futbolçu penalti epizodunu da dəyərləndirib:

“Həmin epizoda penaltinin olub-olmadığını dəqiq görmədik. Bu oyunda qələbə qazanmaq istəyirdik. Çox təəssüf ki, qələbə qazana bilmədik. Baş məşqçimiz bizə tapşırmışdı ki, pressinq edək və rəqibə topla oynamağa imkan verməyək. Bunu bacardığımızda qol vuracağımızı söylədi. İkinci hissədə qol vurmağı bacardıq. Lakin “Qarabağ” oyunun sonlarında təşəbbüsə yiyələndi. Gələn oyuna qələbə qazanmaq üçün hazırlaşacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43