Kateqoriyasız

Coşqun Diniyev: “Əsas məqsədimiz liderliyi qorumaq idi”

Bu gün Premyer Liqanın 6-cı turun mərkəzi matçında “Qarabağ” doğma meydanda “Neftçi” ilə 1:1 hesabı ilə heç-heçə edib.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın yarımmüdafiəçisi Coşqun Diniyev qarşılaşmanı “CBC Sport”a açıqlamasında şərh edib:

“Əlbəttə, “Neftçi” ilə matçın çətin keçəcəyini bilirdik. “Neftçi”nin gənc oyunçuları oyun ərzində dayanmadan pressinq edirdilər. Oyuna yaxşı hazırlaşmışdıq. “Neftçi”ni təhlil etmişdik. Əsas məqsədimiz liderliyimizi qorumaq idi. “Qəbələ” və “İnter” bizə yaxınlaşdığı üçün bir xal bizim üçün yaxşı nəticədir. Vahid liderik. Çalışacağıq ki, liderliyimizi qoruyaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43