Ölkə futbolu

“Neftçi”nin müdafiəçisi: “Heç vaxt bu qədər çox qol vurmamışdım”

“Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, “Sumqayıt”la oyuna hazırlıqla bağlı danışan gənc futbolçuYeni ili ailəsi ilə birlikdə keçirmək istədiyini bildirib.

– “Sumqayıt”la oyuna hazırlıq necə keçir?

– Digər oyunlara olduğu kimi, “Sumqayıt”la matça da hazırlıq tam sürətlə davam edir.

– Artıq qış çempionusunuz…

– Bəli. Amma qış çempionu olmaq daha çox o baxımdan əhəmiyyətlidir ki, mənə və komanda yoldaşlarıma təzyiq azalır.

– Bu mövsüm artıq iki dəfə rəqib qapılarından top keçirmisiniz…

– Bəli. Heç vaxt bu qədər çox qol vurmamışdım… (gülür)

– Hiss edirsiniz ki, oyununuzu daha da yaxşılaşdırmısınız?

– Hələ ki, hiss etmirəm. Deməli, az çalışmışam. Daha da çox işləmək lazımdır.

– Növbəti rəqib “Sumqayıt” haqda nə deyə bilərsiniz?

– Bu komanda hələ nəyə qadir olduğunu göstərməyib. “Sumqayıt” oyundan-oyuna daha da inamlı çıxış edir.

– Yeni ili harada keçirmək istəyirsiniz?

– “Sumqayıt”la oyunu başa vuraq, sonra bu haqda düşünmək olar. Yeni il ərəfəsində həmişə bayram əhval-ruhiyyəsində oluram. Bayramı harada qeyd edəcəyimi hələ bilmirəm. Amma bir şey dəqiqdir ki, Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43