Ölkə futbolu

“Sumqayıt”ın məşqçiləri “Altınordu”ya yollanacaqlar

“Sumqayıt” Futbol Akademiyasının məşqçiləri təcrübə keçmək məqsədi ilə dekabrın 7-də Türkiyəyə yola düşəcək.

Bu barədə klubun saytı məlumat yayıb. Məşqçilər 7, 8, 9, 10 dekabr tarixlərində qonşu ölkənin əsas futbol akademiyalarından hesab olunan İzmirin “Altınordu” klubunun düşərgəsində olacaq. Səfərin təşkilində əsas məqsəd məşqçilərin təcrübə toplaması, adıçəkilən akademiyanın ümumi iş sistemi ilə tanışılıq, aşağı yaş komandalarındakı struktur, nəzəri və taktiki biliklərin artırılmasından ibarət olacaq.

Mütəxəssislər Türkiyədə olduğu müddətdə “Altınordu” klubunun akademiya direktoru ilə görüşəcək, aşağı yaş qruplarının məşqlərini və oyunlarını izləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43