Ölkə futbolu

Millimizin elit-raunddakı rəqibləri müəyyənləşir

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə,  C səbətində yer alacaq Azərbaycan millisinin rəqibləri bu gün bilənəcək.

A səbəti: Portuqaliya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, İrlandiya, Fransa

B səbəti: Şotlandiya, Serbiya, İsrail, Rusiya, Çexiya, Macarıstan, Hollandiya

C səbəti: İngiltərə, Ukrayna, Türkiyə, Uels, İsveçrə, Azərbaycan, Norveç

D səbəti: Belçika, Xorvatiya, Rumıniya, Sloveniya, Danimarka, Polşa, Kipr

Qeyd edək ki, elit-raundun oyunları 2019-cu ilin yazında keçiriləcək. Qalib komandalar Ermənistanda oynanılacaq final mərhələsinə yüksələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43