Kateqoriyasız

“Neftçi”nin oyunu 11 dəqiqə davam etdi

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Bordinin yetirmələri Rumıniyanın “Politexnika İaşi” klubu ilə qarşılaşıb.

Ancaq “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydançasında keçirilən görüş yarımçıq qalıb. Oyun 11-ci dəqiqədə güclü duman səbəbindən yarımçıq dayandırılıb.

Qeyd edək ki, “Neftçi” ilk sınaq matçında “SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın “Vorskla” klubu ilə sonuncu yoxlama oyununa çıxacaq “ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43