İdman

“Neftçi”yə 3 xal qazandıran futbolçu: “Çox böyük təzyiq var idi”

“Neftçi”nin “Kəpəz”lə oyunda yeganə qolunun müəllifi Mirabdulla Abbasov idmanxeber.com-a açıqlama verib.

-Psixoloji cəhətdən çox vacib bir qələbə idi. Təlim-məşq toplanışındakı oyunlar çox da uğurlu deyildi. Üstümüzdə təzyiq var idi.

– Təxminən, 20 kq artıq çəkisi olan futbolçu var idi meydanda…

– Bu, məşqçinin seçimidir. Buna hörmətlə yanaşıram. Mənim işim meydana çıxıb, öz işimi görməkdi.

– Təlim-məşq toplanışı uğurlu olmadı. Bəs, bu oyundan qabaq təzyiq hiss olunurdumu?

– Bayaq dediyim kimi, çox böyük təzyiq var idi üstümüzdə. Yaxşı ki, qələbə qazana bildik.

– 90 dəqiqə oynamağa hazır hiss edirsən özünü?

– Hazıram.

– Bu qələbə ilə yaxşıya doğru dəyişikliklər olacaqmı?

– Bəli, inanıram ki, daha inamlı oynayacağıq bundan sonra. Qələbələrimizi sıralayacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43