Dünyadan

Neymar üçün “Barselona”ya növbəti təklif

“Barselona”nın futbolçusu Neymarın “Real”ın hədəfində olması son günlər dünya mətbuatının gündəmindədi.

İdmanxeber.com-un məlumatına görə, maraqlıdır ki, braziliyalı forvardı heyətində görmək istəyən Madrid klubu futbolçu üçün “Barsa”ya hər hansı bir təklif göndərməyib. Bu barədə “sambaçı”nın atası məlumat verib.

O, bildirib ki, Neymar üçün “Real” yox başqa bir klub təklif göndərsə də, Kataloniya komandası bu təklifi geri çevirmişdi:

“Barselona” ötən yay Neymara görə bir təklif almışdı və onu rədd etdi. “Real”a gəlincə, bu klub bizimlə əlaqə saxlamayıb. Klub rəhbərliyi də onlardan təklf gəlmədiyini deyir. Bunlar şaiyələrdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43