Ölkə futbolu

Nicat Qurbanov yenidən “Zirə”də

“Zirə” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, komanda köhnə-yeni futbolçu Nicat Qurbanovla anlaşıb. Yarımmüdafiəçi ilə 1 illik müqaviləyə imza atılıb.

Nicat Premyer Liqadakı debüt mövsümündə də komandanın heyətində çıxış edib. Başa çatan çempionatı “Kəpəz”də keçirən Qurbanov yenidən “qartallar”ın sıralarına dönüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43