Dünya futbolu

Azarkeşlər PAOK-un baş məşqçisini xəstəxanalıq etdi – VİDEO

Yunanıstan Super Liqasında keçirilən “Panatinaikos” – PAOK matçı yarımçıq dayandırılıb.

Buna oyunda baş verən dava səbəb olub. Çempionlar Liqasına vəsiqə uğrunda keçirilən pley-off matçının 51-ci dəqiqəsində PAOK-un futbolçusu Vardaya qırmızı vərəqə göstərilib. Bundan sonra azarkeşlər və oyunçular arasında dava düşüb. “Panatinaikos” azarkeşlərindən biri PAOK-un baş məşqçisi Vladan İviçin başına butulka tullayıb. Başından xəsarət alan mütəxəssis xəstəxanaya aparılıb.

Baş hakim 55-ci dəqiqədə matçı yarımçıq dayandırıb. Həmin ana qədər hər iki komandadan 2 futbolçu qırmızı vərəqə almışdı. Hesabda isə “Panatinaiko” 1:0 öndə idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43