Kateqoriyasız

Nigeriya millisinin sabiq üzvü “Qəbələ”də

Ukraynanın “Olimpik” (Donets) klubunun sabiq futbolçusu İsa Şerif “Qəbələ”də baxışdadır.

İdmanxeber.com-un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi “qımızı-qaralar”la müqavilə imzalamağa gəlib. 

Nigeriya millisinin  sabiq üzvü baxışdan uğurla keçəcəyi təqdirdə klub onu saxlayacaq.

Qeyd edək ki, vaxtılə Nigeriyanın 17 və 19 yaşadək futbolçulardan ibarət milli komandasının da üzvü olan İsa son olaraq Qazaxıstanın “Kayrat” klubunda çıxış edib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43