Kateqoriyasız

“Kəpəz” azarkeşləri “Neftçi” ilə oyundan niyə imtina etdi?

“Kəpəz” fan-klubu “Neftçi” ilə oyundan imtina edib. 

İdmanxeber.com-un məlumatına görə, fan-klub bununla bağlı bəyanat yayıb.

“Kəpəz” Müstəqil fan-klubu olaraq bəyan edirik ki, 19 mart tarixində baş tutacaq “Neftçi” – “Kəpəz” qarşılaşmasında fan-klub üzvləri iştirak etməyəcək. Buna səbəb “Neftçi” ilə son səfər oyununda bəzi azarkeşlərin “Kəpəz” fanatlarına, həmçinin komandasına qarşı dözüm nümayiş etdirməməsidi. Buradan həmin azarkeşlərə tövsiyyə edirik ki, böyük azarkeş ordusu ilə digər idman növlərindən fərqlənən futbol meydanını döyüş və qalmaqal meydanına çevirməsinlər. Biz “Kəpəz”i “Neftçi”siz, “Neftçi”ni “Kəpəz”siz təsəvvür etmirik. Çünki hər iki komanda əzəli rəqiblərdi. Hansı komandanın qalib olmasından asılı olmayaraq hər zaman qazanan Azərbaycan futbolu olub. Azərbaycan futbolunun inkişafına sevinmək isə hər bir azarkeşin mənəvi borcudu. “Kəpəz”in qalib olması ümidi ilə hər iki komandaya uğurlar arzu edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43