Kateqoriyasız

Nikolas Kanales son nöqtəni qoydu: Gəlir, yoxsa…

“Neftçi” sabiq futbolçusu Nikolas Kanales açıqlama verib. 

İdmanxeber.com-un məlumatına görə, Çili millisinin sabiq forvardı Azərbaycana qayıtmaq şanslarını dəyərləndirib: 

“Neftçi” azarkeşlərinin hamısına təşəkkür edirəm. Azərbaycanda oynadığım müddətdə də onların dəstəyini hiss edirdim.

Onların bəziləri ilə indi də əlaqəm var. Mən də “Neftçi”də qalmaq istəyirdim. Lakin onların təklifi məni qane etmədi. Sonra isə “Kolo-Kolo”dan dəvət aldım. Onların təklif etdiyi maliyyə şərtləri heç də “Neftçi”nin təklifindən geri qalmırdı. Vətəndə oynamaq imkanının yaranması da öz sözünü dedi və “Kolo-Kolo”nu seçdim. “Kolo-Kolo”ya keçəndə qol vurmağa başladım. Lakin zədələnib, 2 aylıq sıradan çıxdım. Sonra isə “Uonderers”ə icarəyə verildim. Bu komanda da ümumi problemlər üzündən uğursuz çıxış edir. Əlbəttə ki, Azərbaycana qayıtmaq istəyərdim. Təbii ki, bu məsələdə mənim üçün ən yaxşı variant “Neftçi”dir. Bu komandada özümü yaxşı hiss edirəm. Lakin təklif olarsa, Azərbaycanın başqa yaxşı klubuna da keçərəm. “Neftçi”yə keçidimin həll olunması haqda deyilənlər isə yalandır. Mənim işlərimlə agentim məşğul olur. Nə mənə, nə də ona heç bir rəsmi təklif olunmayıb”.

1news.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43