Ölkə futbolu

Baş hakimə kəllə vuran “Bakı”nın legionerinə ağır cəza

“Bakı”nın futbolçusu Araujo Santos Oelilton (Etto) ağır cəzalandırılıb.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, AFFA Azərbaycan Premyer Liqasının 31-cu turunda “İnter”lə oyunda hakimə fiziki təsir göstərdiyi üçün oyunçusu 10 oyunluq cəzalandırıb. “Bakı” isə 10 min manat cərimə olunub.

Qeyd edək ki, sözügedən qarşılaşmanın 72-ci dəqiqəsinə kobud oynadığı üçün sarı vərəqə ilə cəzalandırılan Etto hakimin qərarına kəskin şəkildə etiraz etmiş. baş hakim Rəhim Həsənov isə ona bu etirazına görə qırmızı vərəqə göstərmişdi. Əsəblərini cilovlaya bilməyən braziliyalı futbolçu Rəhim Həsənova kəllə vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43