Kateqoriyasız

AFFA cəzaları açıqladı: Araz Abdullayev cəzalandırıldı, Tahir Süleymanova xəbərdarlıq edildi

AFFA İntizam Komitəsi bu gün keçirilən iclasda Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Neftçi” oyununda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

İdmanxeber.com PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neftçi” – “Sumqayıt” matçının 66-cı dəqiqəsində “Sumqayıt” klubunun 10 nömrəli futbolçusu Uğur Pamuk idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun 7 nömrəli futbolçusu Araz Abdullayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimlənib.

“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanovun cəzası başa çatsa da, ona verilmiş cərimə ödənilmədiyi üçün adıçəkilən şəxsə verilmiş – stadiona giriş qadağası hələ də davam edir. Lakin Tahir Süleymanov Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” – “Sumqayıt” matçında iştirak etmişdir. Oyunun AFFA nümayəndəsinin oyundan öncə ona stadionu tərk etməsini bildirsə də, o, bunu rədd etmiş və oyunu izləməyə davam etmişdir. Bu səbəbdən də, “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanova verilmiş cərimə ödənilməyənədək  onun klubun  iştirakı ilə keçirilən Azərbaycan Premyer Liqası və ölkə kuboku matçlarında stadiona girişinə qadağa sanksiyası davam edir. Əgər adıçəkilən şəxs tərəfindən verilmiş qərar yenidən pozularsa, ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43