İdman

Nizami Hacıyev və Mirhüseyn Seyidov daha 5 oyunda şübhəli bilinir – SİYAHI

“Keşlə” klubunun danışılmış oyunlarda iştiraka görə saxlanılan  2 futbolçusu – Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı yaydığı bəyanatda diqqət çəkən bir məqam da var.

Klub həmin futbolçularla 4 gün öncə imzalanmış müqaviləyə rəsmən xitam verildiyini bildirməklə yanaşı, onların Azərbaycan Premyer Liqasının son 5-6 oyununda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələr oldöğunu açıqlayıb.

Bəs, həmin oyunlar hansılardır?

Qeyd edək ki, son 6 oyunun hamısında “Keşlə” uduzub.

8-ci tur

“İnter” – “Qarabağ” – 0:2
Mirhüseyn Seyidov – 90 dəqiqə oynayıb
Nizami Hacıyev – adı iştirak ərizəsində olmayıb
 
9-cu  tur
“Səbail” – “İnter” – 1:0
Mirhüseyn Seyidov – 90 dəqiqə oynayıb
Nizami Hacıyev – adı iştirak ərizəsində olmayıb
 
10-cu tur

“Keşlə” – “Kəpəz” – 0:2
Mirhüseyn Seyidov – 60 dəqiqə oynayıb
Nizami Hacıyev – 90 dəqiqə oynayıb

11-ci tur

“Sumqayıt” – “Keşlə” – 3:1
Mirhüseyn Seyidov – 10 dəqiqə oynayıb
Nizami Hacıyev – 90 dəqiqə oynayıb, 1 qol vurub
 
12-ci tur
“Keşlə” – “Zirə” – 0:1
Mirhüseyn Seyidov – 38 dəqiqə oynayıb
Nizami Hacıyev – 52 dəqiqə oynayıb

13-cü tur

“Neftçi” – “Keşlə” – 3:1
Mirhüseyn Seyidov – 90 dəqiqə oynayıb
Nizami Hacıyev – 58 dəqiqə oynayıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43