Dünya futbolu

“Nyukasl”dan sürpriz transfer həmləsi

“Nyukasl” “Mançester Yunayted”in yarımmüdafiəçisi Skott Maktominayı transfer etməyi düşünür.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı oyunçu yayda komandadan ayrıla bilər. MY hələlik onun barədə yekun qərar verməyib.

Maktominayla bağlı son qərarı baş məşqçi Erik ten Haq verəcək. 

Futbolçu 2017-ci ildən “Mançester Yunayted”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin iyununa qədərdir. 

2022/23 mövsümündə Maktominay “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43