Dünya futbolu

Obameyanqla 4 illik müqavilə

“Borussiya”nın futbolçusu Pyer-Emerik Obameyanq PSJ ilə razılığa gəlib.

İdmanxeber.com-un məlumatına görə, artıq imzalanacaq müqavilənin son detalları dəqiqləşdirilib. Qabonlu hücumçu ilə 4 illik müqavilə imzalanacaq. O, yeni klubunda ilinə 14 milyon avro qazanacaq.

Qeyd edək ki, Obameyanq ötən mövsüm Dortmund klubunda 46 matçda 40 qol vurub, 5 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43