Dünya futbolu

Oğulları əfsanəsi olduğu klubu yox, əzəli rəqibi seçdi

“Mançester Yunayted”in sabiq oyunçusu Darren Fletçerinin oğulları “Mançester Siti”də çıxış edəcək.

İdmanxeber.az məlumat verir ki, “şəhərlilər” 17 yaşlı Cek və Taylerlə professional müqavilə imzalamağa hazırlaşır.

“Qırmızı şeytanlar”ın yetirməsi olan Fletçer 2003-cü ildən 2015-ci ilə qədər MY-də çıxış edib. O, “mankunianlar”da 342 oyuna çıxıb və 24 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43