Dünya futbolu

Torres “Atletiko”dan ayrılır

“Atletiko” U-19-un baş məşqçisi olan Fernando Torres mövsümün sonunda postunu tərk edəcək.

İdmanxeber.az məlumat verir ki, 40 yaşlı mütəxəssis ordakı işini bitirdiyini düşünür və yeni “challenge”a hazır olduğunu fikirləşir.

Torres 2021-ci ildən Madrid klubunun U-19 komandasında çalışırdı.

“Atletiko”nun yetirməsi olan sabiq forvard futbolçu kimi 9 il klubda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43