Kateqoriyasız

“Omoniya”nın futbolçusu “Qarabağ”la oyunu buraxacaq

Kiprin “Omoniya” klubunun futbolçusu Yannis Kusulos “Qarabağ”a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin 5-ci tur matçında iştirak edə bilməyəcək.

Zədədən əziyyət çəkən 25 yaşlı müdafiəçi bu gün Qətərdə əməliyyat olunacaq. Bu barədə məlumatı “Omoniya”nın rəsmi “tvitter” hesabı yayıb. Yannisin gələn ay yaşıl meydanlara qayıdacağı gözlənilir.

Noyabrın 25-də keçiriləcək “Qarabağ” – “Omoniya” matçı saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43