İdman

Ozan Kökçü millimizdən imtina etdi

“Feyenoord”un futbolçusu Ozancan Kökçü millimizdən aldığı dəvəti qəbul etməyib.

İdmanxeber.com-un məlumatına görə, o,  Hollandiya yığmasından dəvət gözlədiyi üçün millimizdə oynamaqdan imtina edib.

Qeyd edək ki, O.Kökcü Hollandiyanın 17 yaşadək futbolçulardan ibarət millisində çıxış edib və 14 oyuna 2 qol vurub.

Xatırladaq ki, 2016-cı ilin sonlarında AFFA Ozancan Kökcüyə müraciət edərək onu millimizə dəvət etmişdi. Türkəsilli futbolçu bu təklifi qəbul edərək bu ay U-21 millimizin Antalyada keçirilən təlim-məşq toplanışına qatılmışdı. O, Qazaxıstana qarşı keçirilən yoxlama oyununda (2:2) bir qol da vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43