İdman

“Özümüzü Azərbaycanı məğlub etməyə borclu hesab edirdik” – kosovalı futbolçu

“Qələbəmiz layiqli idi. Özümüzü Azərbaycanı məğlub etməyə borclu hesab edirdik. Onlara səfərdə də qalib gələ bilərdik. Əgər bacara bilməmişiksə, öz günahımızdı. Qrupdan çıxmaq şanslarımız davam edir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Kosovanın 21 yaşlı futbolçulardan ibarət millsinin üzvü Florent Hasani deyib. Avropa çempionatının seçmə mərhələsində yığmamıza 2:0 hesabı ilə qalib gəldikləri matçdan fikirlərini açıqlayan futbolçu, növbəti görüşdə Almaniya kimi çox çətin rəqiblə qarşılaşacaqlarını bildirib: “Buna görə maksimum hazırlaşmalıyıq. Azərbaycan üzərində qələbə Almaniya ilə görüş öncəsi motivasiyamızı artırır. Yarışın son çempionu ilə qarşılaşacağımızı bildirik. Azarkeşlərimizi həm oyun, həm nəticə ilə məyus etməməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43