Kateqoriyasız

“Özümüzü heç kimlə müqayisə etmirik” – “Turan Tovuz”un oyunçusu

“Evdə və ya səfərdə bütün oyunlara ciddi yanaşmalıyıq. İlk turda “Qəbələ” ilə görüşdə azarkeşlərimiz möhtəşəm idi. Ancaq təəssüf ki, qələbə qazana bilmədik”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un qapıçısı Tərlan Əhmədli deyib. O, daha sonra belə davam edib: “Səbail”ə qarşı yaxşı çıxış etdik. Qələbə qazanmaq hər zaman gözəldir. Bakıda oynasaq da, azarkeşlərimiz bizə səfərdə olduğumuzu hiss etdirmədi. Hər birinə təşəkkür edirik.

Uzun zaman sonra “Turan Tovuz” Premyer Liqaya qayıdıb. Ayxan müəllimin rəhbərliyi ilə yaxşı bir komanda yaratmaq istəyirik. Hər hansı bir hədəf barədə nəsə deyə bilmərəm. Hazırda komandada təcrübəli futbolçularla yanaşı, gənc oyunçular da var. Özümüzü kimləsə müqayisə etmirik.

Zaman keçdikcə inkişaf etmək istəyirik. Qarşımıza hər hansı bir hədəf qoyulmayıb. Yeni qurulmuş komandayıq, formalaşmamız üçün vaxt lazımdır. Təbii ki, müəyyən problemlər var. Onu da rəhbərliyimiz və baş məşqçimiz həll etməyə çalIşırlar. Yeni qoşulan futbolçular komandaya adaptasİya olduqdan sonra daha da yaxşı olacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43