Kateqoriyasız

“PAOK-la oyunu düşünmürdük” – Qriqorçuk

"PAOK-la oyunu düşünmürdük. 70 dəqiqə təkqapı oynadıq. Sadəcə hesab istənilən olmadı".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis "İnter"ə məğlub olduqları matçı şərh edərkən, Antonovun azərbaycanlı jurnalistlər haqda dediyi məlum fikirlərə də münasibət bildirib:

"Antonovun mətbuat barədə dedikləri məni təəccübləndirdi. Düşünmürəm ki, o bunu bütün jurnalistlərə dedi. Antonovu tanıyıram, onun mədəni biri olduğunu bilirəm. Onun bu açıqlaması yəqin ki, sırf bir suala aid idi. Əslində elə insan deyil. Bu mənim öz fikrimdi. Düşünürəm ki, o da mən dediklərimlə razı olar".

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43