Kateqoriyasız

“Qarabağ” uddu, “Qəbələ” uduzdu (YENİLƏNİB)

 

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun oyunlarına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Kəpəz" AZAL-ı qəbul edəcək. Yeni mövsümdə "Kəpəz" qələbə, AZAL isə xal üzünə həsrətdi.

Avroliqadakı təmsilçimiz "Qəbələ" səfərdə "İnter"in qonağı olacaq. Ölkə çempionluğunu hədəfləyən Qriqorçukun yetirmələrinin bugünkü  matçda hansı nəticəni qazanacaqları maraqla gözlənilir.

Avropa Liqasındakı digər təmsilçimiz “Qarabağ”  "Dalğa Arena"da “Xəzər Lənkəran”ı qəbul edəcək.

Turun digər oyunları isə sabah keçiriləcək.

12 sentyabr (şənbə)

Azərbaycan Premyer Liqası, IV tur
 

 
20:30. “Qarabağ” – “Xəzər Lənkəran” – 1:0
Qol:  
Samuel Armenteros, 73 (1:0)
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev
“Dalğa Arena”

20:00. “İnter” – “Qəbələ” – 2:1 
Qollar: 
Dieqo Martins, 9 (1:0), 29 (2:0), Aleksey Antonov, 85 (2:1)
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
“İnter Arena”

16:00. “Kəpəz” – AZAL – 1:0
Qol: 
Dario Federiko (1:0)
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov  
Gəncə şəhər stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43