İdman

PAOK “Qarabağ”la oyuna itkilərlə çıxacaq

Avropa Liqasının IV turunda “Qarabağ”ı qəbul edəcək PAOK matçın hazırlıqlarını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, Saloniki təmsilçisinin 3 oyunçusu zədədən əziyyət çəkir. Bunlar müdafiəçilər Georgios Tzavellas, Dimitris Cannulis və yarımmüdafiəçi Dimitris Pelkasdır. Onlar arasında Cannulis artıq sıraya qoşulub. Topuq nahiyəsindəki ağrılardan əziyyət çəkən 20 yaşlı sol cinah oyunçusunun qarşılaşmaya hazır olması gözlənilir.

Tzavellas və Pelkas “Qarabağ”la oyunu buraxacaq. 

PAOK – “Qarabağ” oyunu noyabrın 3-də “Tumba” stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43