Kateqoriyasız

“Partizan” – “Neftçi” matçı canlı yayımlanacaq – ÖZƏL

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiyada “Partizan”la üz-üzə gələcək “Neftçi”nin bu oyunu canlı yayımlana bilər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, sözügedən matçı böyük ehtimalla İdman Azərbaycan telekanalı canlı yayımlanacaq. Serbiya tərəfi ilə danışıqlar gedir və bu matçın yayımlanması ilə bağlı hər hansı bir problem yoxdu. Əgər qarşı tərəf son anda hər hansı bir problem çıxartmayacağı halda avqsutun 21-də keçiriləcək oyunu azarkeşlər canlı yayımda izləyə biləcəklər.

Sözügedən matçın AZTV-də yayımlanma ehtimalı da var.

Qeyd edək ki, pley-off mərəhləsinin ilk görüşü Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43