Kateqoriyasız

Millimiz yenə məğlub oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Estoniyanın paytaxtı Tallinndə təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində ikinci oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Türkiyə yığması ilə qarşılaşan komandamız 0:2 hesabı ilə məğlub olub. Yığmamız turnirdə son oyununu avqustun 15-də Estoniya komandasına qarşı keçirəcək.

Qeyd edək ki, ilk oyunda Farer adaları yığması ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43