Kateqoriyasız

Pireydən “Qarabağ” üçün yaxşı xəbərlər gəlməkdə davam edir: 4-ə çatdı

UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”ı qonaq edəcək “Olimpiakos” daha bir ciddi itki ilə üzləşib.

İdmanxeber.az xəbər verir ki, komandanın 27 yaşlı seneqallı arxa xətt oyunçusu Usseynu Banın zədəsi ciddidi və həkimlər ona ən azı 10 gün istirahət etməyi tapşırıb.

Bununla da Pirey təmsilçisinin heyətində zədəli futbolçuların sayı 3-ə çatıb. Daha əvvəl digər müdafiəçi Panayotis Retsos və qapıçı Tomaş Vatslikin “köhlən atlar”a qarşı oynamayacağı bəlli olub.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43