Dünya futbolu

“Çelsi” 80 milyonluq transferə hazırlaşır

Almaniya “Leyptsiq”ində çıxış edən Fransa millisinin futbolçusu Kristofer Nkunku karyerasını “Çelsi”də davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi 25 yaşlı yarımmüdafiəçini qış fasiləsində heyətinə qatmağı planlaşdırır. “Zadəganlar” fransalı oyunçu üçün qarşı tərəfə 80 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Kristofer Nkunku Bundesliqa təmsilçisinə 2019-cu ilin yayında ölkəsinin PSJ komandasından keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43