Kateqoriyasız

Yunanıstan – Azərbaycan oyununun hakimləri bilindi

Futzal üzrə Azərbaycan millisinin Afinada Yunanıstana qarşı keçirəcəyi 2024-cü il dünya çempionatının əsas mərhələ oyununu idarə edəcək hakimlər açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, görüş İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Matçın referisi Ademir Avdiçə David Qlavonyiç və Georgi Yansizian köməklik göstərəcək.

Görüşün hakim-inspektoru sloveniyalı Vilvo Boroşak, UEFA nümayəndəsi isə niderlandlı Artur Admiral olacaq.

Oktyabrın 11-də oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43