Kateqoriyasız

“Plzenə böyük həvəslə yollanacağıq” – Abdullah Zubir

“Yaxşı komandaya qarşı çıxış etdik. Rəqib fiziki cəhətdən güclüdür”

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qolsuz heç-heçə etdkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. O, daha sonra belə davam edib:

“Oyunumuzu göstərməyə çalışdıq. Təbii ki, o qədər də asan deyil. Səfərdə daha yaxşı nəticə əldə edəcəyimizə inanıram. Plzenə böyük həvəslə yollanacağıq və orada  qalib gəlməyə çalışacağıq. Onlar bura qədər gəlibsə, yaxşı komanda olduqları üçündür. Səfərdə qalib gələrək istəyimizə nail olmaq istəyirik”.

Qeyd edək ki, avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43