Ölkə futbolu

Polşa klubu “Neftçi”ni vətənə məğlub yola salır – YENİLƏNİB

Topaz Premyer Liqasının qalan 2 hissəsinə Türkiyədə hazırlaşan "Neftçi" bu gün Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxır. Təmsilçimizin rəqibi Polşanın "Şlensk" klubu olacaq.

Qeyd edək ki, "ağ-qaralar" bundan öncə Albaniyanın "Partizani" (2:0), Türkiyənin "Fənərbaxça" (0:0), Qazaxıstanın "Tobol" (4:2) və Ukraynanın "Metallurq" (0:0) klublarıyla qarşılaşmışdı.

Yoxlama oyunu

26 yanvar

"Neftçi" – "Şlensk" 1:3
Qollar:
Yunuszadze 49 – Paixao 50, 67, Dankovski 55

"Neftçi": Pavel Doroşev, Məqsəd İsayev, Elvin Yunuszadə, Karlos Kardoso, Bruno Bertuççi, Denis Silva, Rəşad Sadiqov, Araz Abdullayev, Elşən Abdullayev, Mirhüseyn Seyidov, Ernest Nfor.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43