İdman

Poqba Bakıya gəlir

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıda qarşılaşacağı Fransanın “Sent-Etyen” klubunun Azərbaycana hansı heyətlə gələcəyi bəlli olub. 

Fransa təmsilçisinin Bakıya gətirəcəyi futbolçular aşağıdakılardı:

Qapıçılar: Antoni Mezonnyal, Stefan Ruffye, Jessi Mulen;

Müdafiəçilər: Kevin-Teofil-Katern, Pyer-İv Poloma, Leo Lakrua, Şeyx M`Benqe, Florentin Poqba, Loin Perrin, Kevin Malkui;

Yarımmüdafiəçilər: Vensan Pajo, Brian Dabo, Anri Seve, Jordan Veretu, Ole-Kristian Selnes;

Hücumçular: Nolan Ru, Ussama Tannan, Kevin Monne-Pake, Aleksandr Sederlunn, Robert Beriç, Arno Nordin.

Qeyd edək ki, “Qəbələ” – “Sent-Etyen” matçı noyabrın 3-də keçiriləcək və saat 22:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43