Dünyadan

Poqbanın qol sevincinə “Pifaqor” baxışı

“Mançester Yunayted”in ulduz futbolçusu Paul Poqbanın klassikləşən qol sevinci ölkəsi Fransada “həndəsə sualı” olub.

İdmanxeber.com-un məlumatına görə, Fransada bir məktəbdə, həndəsə dərsində “Pifaqor teoremi” haqqında sual hazırlayan müəllim, şagirdlərinin pərəstişkarı olduğu Poqba vasitəsilə ağılda qalıcı yeni bir üsul tapıb. İstifadə etdiyi şəkildə Poqbanın sevincində qolları ilə yaratdığı üçbucaqda kənar uzunluqlarının ölçüsünü verən fransız müəllim, hazırladığı sualı sosial şəbəkədə paykaşıb. 

Böyük marağa səbəb olan sual Poqbaya qədər çatarkən, gənc futbolçu da bu sualı izləyiciləri ilə paylaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43